Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

Gürcüstanda müxalifət fəalı döyülüb


Gürcüstanda keçirilən hökumət əleyhinə yürüşdən sonra də aprelin 10-da yüzlərlə nümayişçi Tbilisidə küçələrindədir.
Müxalifət prezident Mixail Saakaşvili istefaya gedənəcən etirazlarını davam etdirəcəklərini bildiriblər. Onlar prezidenti demokratiyadan uzaqlaşmaqda və işsizliyin aradan qaldırılması üçün az iş görməkdə ittiham edir.

Müxalifət Saakaşvilini həm də Rusiya ilə avqust ayındakı müharibəyə görə də tənqid edir.
Gürcüstanın Müdafiə naziri deyib ki, nümayişçilər parlamentin çölündə nə qədər istəyirlərsə, o qədər də qala bilərlər.

Rusiyanın «İnterfax» agentliyi isə xəbər verib ki, Tbilisidə bir müxalifət fəalına hücum olub. Naməlum şəxslər rezin dəyənəklərlə «NİYƏ» radikal gənclər təşkilatının fəalı İrakli Xuxuneişvilini döyüblər.

Döyülən fəal xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG