Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:27

Dünya Çempionatının gündəliyi


Çempion Braziliya, ulduz Ronaldinyo


Synovate - Beynəlxalq sorğu şirkətinin 2006-cı ilin Dünya Çempionatında iştirak edən 13 ölkədə keçirdiyi sorğuların nəticələrinə görə, respondentlərin 42%-i Braziliyanın 6-cı dəfə dünya Çempionu olacağına inanır. Rəyi soruşulan 8 minə yaxın adamın təxminən yarısı - 49 faizi isə Braziliya millisinin Barselonalı oyunçusu Ronaldinyonun çempionatın ulduzu olacağını düşünür. Braziliya yalnız futbolsevərlər yox, dünya çempionatına qatılan 32 milli komandanın baş məşqçiləri arasında da çempionluğa ən böyük şansı olan namizəddir. Dünya Çempionatındakı hər 4 baş məşqçidən 3-ü Braziliyanın asanlıqla çempion olacağını bildirib.


Qrup oyunları iyunun 23-nə kimi davam edəcək


Hər qrupda 4 komanda olmaqla 32 komanda 8 qrupda mübarizə aparacaq. Bakı vaxtıyla axşam saat 6, 9-da və gecəyarısı başlanacaq qrup oyunları iyunun 23-nə kimi davam edəcək. Hər qrupda daha çox qazanan 2 komanda 1/8 finala yüksələcək, bir neçə komanda eyni xalı yığarsa komandaların öz aralarındakı oyunlar yox, qol fərqi nəzərə alınacaq.


Növbəti mərhələyə vəsiqə qazanan 16 komanda arasında 1/8 final oyunları gündə iki oyun olmaqla iyunun 24-dən 27-nə qədər davam edəcək.


İyunun 30-u və iyulun 1-də ¼ final oyunları, 4-də və 5-də, yarımfinallar, iyulun 8-də 3-cü yer uğrunda oyun keçiriləcək Düz bir ay davam edəcək Dünya Çempionatı iyulun 9-da Berlində keçiriləcək final oyunu ilə başa çatacaq.


Birinci qarşılaşma: Almaniya - Kosta-Rika


Çempionatın açılış oyununda Münxende, ev sahibi Almaniyayla Kosta-Rika qarşı-qarşıya gələcək. Bu oyundan iki gün öncə keçirilən məşqdə Almaniyanın kapitanı Mixael Ballak zədələndiyindən, böyük ehtimalla açılış oyununda komandasına yardım edə bilməyəcək. Kosta –Rikanın önəmli oyunçularından hücumçu Paolo Vançopenin isə zədəsinin sağaldığı və Almaniyaya qarşı oynaya biləcəyi deyilir.


Oyunla bağlı, Almaniya yığmasının kapitanı Mixael Ballak deyib ki, : "Kosta Riaknın oyunlarını videodan izlədik. Çox yaxşı oynayan bir komandadırlar, oyuna nəzarət edə bilirlər. Onları keçmək elə də asan olmayacaq.


Kosta Rikanın baş məşqçisi Alexandere Gimaraeş isə, deyib ki, "Əlimizdən gələnin ən yaxşısını edə bilmək üçün meydana çıxacağıq.”


Dünya çempionatından öncə keçirilən son yoldaşlıq oyununda Almaniya İtaliyaya 1-4, Kosta Rika isə Fransa yığmasına 2-3 hesabıyla məğlub olmuşdu.


Polşa qələbəyə, Ekvador özünə güvənir


Dünya Çempionatının ilk günündə keçiriləcək ikinci oyunda Polşa və Ekvador yığmaları üz-üzə gələcək. Azərbaycan yığmasıyla eyni qrupda mübarizə aparan və evində Azərbaycanı 8-0 yenməyi bacaran Polşa yığması çempionata önəmli oyunçularının hamısını gətirə bilib. Polşa yığmasının müdafiəçisi Cajek Bak oyunla bağlı bildirib ki, Ekvador sərt oyunu xoşlayan komanda olsa da, bu oyunu qazanacağımızdan əminik. Ekvadorun baş məşqçisi Luis Fernando Suarez isə deyib ki, , "Bura inkişaf etdiyimizi göstərmək üçün gəlmişik və gücümüzə güvənirik." Ötən il bu komandalar Barselonada yoldaşlıq oyununda da üz-üzə gəlmişdilər, o oyunda 3-0 hesabıyla Polşa millisi qələbə qazanmışdı.


XS
SM
MD
LG