Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:51

Türkmənistan qaz kəmərindəki partlayışa görə Rusiyanı ittiham eləyir


Türkmənistan Rusiyaya gedən qaz kəmərindəki partlayışı görə Rusiyanın qaz nəhəngi - "Qazprom"u rəsmən ittiham eləyib.

Türkmənistan xarici işlər nazirliyinin yaydığı rəsmi bəyanatda deyilir ki, "Qazpromun törəmə şirkəti olan
“Qazeksport” türkmən tərəfinə heç bir xəbərdarlıq eləmədən aprelin 8-dən Rusiya tərəfdə kəmərdən götürdüyü qazın həcmini kəskin şəkildə azaldıb.
Bu da Türkmənistanın əvvəlki həcmdə vurduğu qazın yığılmasına-sıxılmasına və kəmərin partlayışına səbəb olub".

Bəyanatda vurğulanır ki, Rusiya tərəfinin “düşünülməmiş və məsuliyyətsiz” addımı partlayışa səbəb olmaqla yanaşı, başlanan böyük yanğın insanların həyatı üçün də təhlükə törədib.

Aprelin 8-də baş verən partlayışdan sonra Türkmənistandan Rusiyaya qaz nəqli tamamilə dayanıb. Türkmənistan rəsmiləri bildiriblər ki, kəmərin bərpasına azı 3 gün tələb olunacaq.

Türkmənistan Rusiyaya ildə 50 milyard kubmetr qaz ixrac eləyir. Rusiya isə bu qazı Avropaya satır. Çünki Qazpromun Rusiyadakı yataqlarında hasilat çox azdır, yeni yataqların işlənməsinə isə ancaq 2015-ci ildən başlaya biləcəklər.
XS
SM
MD
LG