Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

Gürcüstan polisi müxalifət tərəfdarlarının həbsini təkzib eləyir


Gürcüstanda, Tbilisidə müxalifət prezident Saakaşvilinin istefası tələbiynən aksiyasını davam elətdirir. Müxtəlif rəqəmlərə görə aksiyada 60 minə yaxın müxalifət tərəfdarı iştirak eləyir.

Polis isə aksiyada ancaq 20 min adamın iştirak elədiyini deyib. Gürcüstanın daxili işlər naziri Vano Merabişvili 60-a yaxın müxalifət fəalının dünən gecə həbs olunması və bölgələrdən gələn müxalifət tərəfdarlarının Tbilisyə buraxılmaması faktlarını da təkzib eləyib.

Müxalifət Saakaşvilini 2003-cüildə qızılgül inqilıabıyla hakimiyyətə gələndə verdiyi vədləri yerinə yetirməməkdə ittiham eləyirlər.

Aksiyalar Sovet qoşunlarının Tblisidəki etirazları yatırtdığı 9 aprel hadisələrinin 20-ci ildönümünə təsadüf eləyir. 1989-cu ildə baş verən hadisələrdə azı 16 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG