Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

Gürcüstanda müxalifətin mitinqi keçirilir


Gürcüstanda müxalifətin mitinqi, 9 aprel 2009

Gürcüstanda müxalifətin mitinqi, 9 aprel 2009

Düz 20 il əvvəl 1989-cu il aprelin 9-da Tbilisidə xalq ayağa qalxdı. Onda Sovet hökuməti həmin nümayişi zorakılıqla dağıtdı, 20 adam öldü.
Yenə də aprelin 9-dur və bu dəfə Gürcüstan müxalifəti on minlərlə adamı ayağa qaldırıb, prezident Mixail Saakaşvilini istefaya göndərmək istəyir.

Keçmiş xarici işlər naziri, indiki Gürcüstanın Yolu partiyasının lideri Salome Zurabişvili deyir ki, 1989-cu il aprelin 9-da olduğu kimi bu dəfə də geriyə yol yoxdur. Zurabişvilinin sözlərinə görə, prezident istefa verməyincə xalq meydandan dağılmayacaq.


Keçmiş parlament spikeri Nino Burcanadze də daxil əksər müxalifət liderləri kompromisi rədd edirlər. Ancaq Gürcüstanın BMT-dəki keçmiş nümayəndəsi Gürcüstanın Birliyi Naminə Alyansın lideri İrakli Alazaniya dialoqun mümkünlüyünü istisna etmir: «Biz dialoqu rədd etmirik. Avqust müharibəsindən sonra yaranmış siyasi və iqtisadi böhrandan çıxmaqda dialoqdan istifadə bizim arzumuzdur.
Əgər hökumət ölkənin salamat çıxmasını istəyirsə, imkan versin, konfrontasiyadan yayınaq».
Gürcüstanda müxalifətin mitinqi, 9 aprel 2009.

Müxalifət Saakaşvilinin istefasını niyə istəyir?
Avqust ayında Rusiya ilə 5 günlük müharibədən sonra Saakaşvilidən narazılıq sürətlə artmağa başlayıb, müxalifət Saakaşvilini müharibəni başlayıb, uduzmaqda ittiham edir. Başqa ittihamlar - Saakaşvilinin hakimiyyətdən sui-istifadə etməsi, mülkiyyət hüquqlarını pozması, seçkiləri saxtalaşdırması və iqtisadiyyatı dağıtması ittihamlarıdır.

Bu gün Saakaşvili deyib: «Gürcüstan demokratik ölkədir. İnsanların müxtəlif baxışları var. Ancaq yaddan çıxartmamalıyıq ki, bizim bir vətənimiz var, onun azad olunması, azadlıq uğrunda mübarizə hələ başa çatmayıb».

İndi Tbilisidə maraqlı vəziyyət yaranıb: hakimiyyət deyir ki, Saakaşvili demokratik yolla seçilib, 2013-cü ilə kimi hakimiyyətdən getməyəcək.
Müxalifət isə istefa tələbində kompromisə getmir.
Hamı ehtiyat edir ki, bunun axırı dava ilə qurtaracaq.
Gürcüstanda müxalifətin mitinqi, 9 aprel 2009.

Hakim Milli Hərəkat partiyasından olan Çiora Taktakişvili deyir: «Hökumət çox ehtiyatlı tədbirlər görür. Ancaq ictimai asayiş pozulsa, mütləq lazımi addımlar atılacaq».

Müxalifətin Yeni Sağçılar partiyasından olan Pikria Çixradze isə deyir ki, nümayiş dinc olacaq.
«Polis ictimai asayişi qorumalıdır, bir siyasi qüvvənin marağını yox. Ona görə bütün baş verənlərə görə məsuliyyəti hökumət daşıyır. Ümid edirəm ki, hökumət provokasiyalara qaçmayacaq».

Qafqaz məsələləri üzrə yerli ekspert Mamuka Areşidze isə indiki müxalifət nümayişini Gürcüstan üçün çox təhlükəli hesab edir. «Bunu kənardakı qüvvələr - Saakaşvilinin Qərbpərəst siyasətindən narazı Rusiya və xaricdə yaşayan gürcü oliqarxlaraı öz məqsədləri üçün istifadə edə bilər». O deyir: «Gürcüstan nə qədər zəif olsa, onu vurmaq bir o qədər asan olur. Mənim fikrimcə, ölkə xaosa və total dağılmaya yuvarlana bilər. Ancaq başqa şans da var. Cəmiyyət bu vəziyyətdən uda bilər, hökumət xeyli geri çəkilə bilər. Məncə, bu, böhrandan ən yaxşı çıxış yolu olar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG