Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

Türkiyə-Azərbaycan mədəni əlaqələri


Mədəniyyət müşaviri Fethi Gedikli, 2 iyun 2006

Mədəniyyət müşaviri Fethi Gedikli, 2 iyun 2006

AZADLIQ: Sizcə, bu mövzu nə dərəcədə önəmlidir? İki qardaş xalq var, mədəniyyətləri var, daha qarşılıqlı əlaqələr nəyə lazımdır ki?

FETHİ GEDİKLİ:Bu mədəni əlaqələrin öyrənilməsi olduqca vacibdir. Çox yaxın olduğumuzdan bəlkə də bir-birimiz haqqında hər şeyi bildiyimizi düşünürük. Belə düşündüyümüz üçün də bir çox şeylərdən məhrum oluruq. Azərbaycan müstəqilliyini əldə edəndən bəri Türkiyə ilə qarşılıqlı münasibətlərin bir çox istiqamətlərində əlaqələr quruldu. Amma təəssüflər olsun ki, mədəniyyətin elə sahələri var ki, orada əlaqələrimiz istənilən səviyyədə deyil.


AZADLIQ: Sizin təşəbbüsünüzlə «Yom» dərgisi işıq üzü görür. Dərgidə daha çox hansı mövzulara önəm verirsiniz?


FETHİ GEDİKLİ: Məqsədimiz türk dünyasının mahiyyətinə uyğun bir mədəniyyət dərgisi buraxmaqdır. Bu jurnalı yalnız Azərbaycanda deyil, Türkiyədə, digər türk dövlətlərində də yayırıq. Avropaya göndəririk. Dərgidə ortaq mədəniyyətimizin durumu, tariximiz, folklorumuz barədə məqalələr yer alır. Üç aydan bir nəşr olunan dərgi həm Azərbaycan, həm də Türkiyə türkcəsində nəşr olunur.


AZADLIQ: Fəthi bəy, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin öyrənilməsi baxımından hamıya ünvanlanmış populyar ensiklopediyalardan söz aça bilərikmi? Adama yox kimi görünür belə nəşrlər...


FETHİ GEDİKLİ: Bu mövzuyahəsr edilən konkret bir ensiklopediya yoxdur. Amma Türkiyədə yayımlanın ensiklopediyalarda Azərbaycanla bağlı geniş də olmasa məlumatlar yer alıb. Bununla yanaşı Türkiyənin Mədəniyyət nazirliyi 30 cilddə ümumtürk ədəbiyyatını nəşr edib. Burada qədim çağlardan bu vaxta qədər türklərin yaratdığı ədəbiyyatın inciləri toplanıb. Həmin kitabların 2 və 3 cildi Azərbaycana ədəbiyyatına həsr edilib.


DİNLƏYİN!


XS
SM
MD
LG