Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Gürcüstanda 60-a yaxın fəal həbs olunub


Gürcüstanda müxalifət partiyalarının bigə nümayişi davam edir. Müxalifət president Mixail Saakaşvilinin istefasını tələb edir.

Müxalifət qrupları bildiriblər ki, onlar ölkə boyu yürüşə 100 min insan cəlb etməyə çalışır. Yürüş təşkilatçıları hesab edir ki,Saakaşvili 2003-cü ildə Qızılgül inqilabı zamanı verdiyi vədlərə əməl etməyib.

Aprelin 9-da keçirilən yürüş 20 il əvvəl Sovet qoşunlarının Tbilisidə keçirilən nümayişi güc yoluyla dağıtması tarixi ilə eyni vaxta təsadüf edir. 1989-cu ilin həmin hadisələri zamanı azı 16 nəfər öldürülüb.

Keçmiş parlament spikeri Nino Burcanadze ümid etdiyini bildirib ki, 20 il öncəki hadisə təkrarlanmayacaq.
Burdcanadzenin daxil olduğu müxalifət hərəkatı bildirib ki, ötən gecə 60-a yaxın fəalları həbs olunub.

Yürüşdən öncə, Gürcüstanın Daxili İşlər Naziri Vano Merabişvili Reuters agentliyinə deyib ki, Gürcüstanda inqilab olmayacaq. Nazir polislərin yürüşdə iştirak edəcəyini və iştirakçılar dinc olduğu müddətdə müdaxilə etməyəcəklərini bildirib.

Gürcüstanın BMT-də keçmiş səfiri olan, müxalifət lideri İrakli Alasaniya deyib ki, müxalifət inqilabda maraqlı deyil, dünayaya hökumətə inamsızlığını nümayiş etmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG