Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34

«Mirzə Sakitin ailəsinin sevincini bölüşürük»


Mirzə Sakit ailəsi ilə birlikdə, 9 aprel 2009
Mirzə Sakit ailəsi ilə birlikdə, 9 aprel 2009

«Mirzə Sakitin həbsdən azad olunması xəbərini biz də eşitdik və bununla bağlı biz onun ailəsinin sevincini bölüşürük».

Bu fikirləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dersi «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin aprelin 9-da həbsdən azad olunmasına münasibət bildirərkən deyib.

Səfirə görə, jurnalistin həbsdən azad olunması Azərbaycan cəmiyyəti üçün çox xoşa gələn bir haldır:

«Düşünürəm məhz buna oxşar hallar hələ də həbsdə olan digər jurnalistlərə də şamil edilə bilər. Bizim uzun müddətli mövqeyimiz olduğu kimi qalmaqdadır. Biz düşünmürük ki, jurnalistlər öz peşəkar fəaliyyətlərinə görə öz vaxtlarını həbsxanada keçirməlidirlər».

Diplomata görə, həqiqi demokratik cəmiyyətlərdə müstəqil, güclü medianın fəaliyyət göstərdiyi halda demokratik dəyərlər daha fəal, daha effektli qoruna bilərlər.

Azərbaycanda bir neçə jurnalist müxtəlif ittihamlarla həbsdədirlər. Onlar bu ittihamları qəbul etmirlər və peşə fəaliyyətinə görə həbs edildiklərini bildirirlər.

Beynəlxalq təşkilatlar həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG