Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Neft Emalı Zavodunda güclü yanğın baş verib


Jurnalistlər hadisə baş verən əraziyə buraxılmayıb

Jurnalistlər hadisə baş verən əraziyə buraxılmayıb

Bakıdakı Neft Emalı Zavodunda yanğın baş verib. Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsindən verilən məlumata görə, yanğın bu səhər saat 9:30 radələrində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Keşlə qəsəbəsi, Oqtay Vəliyev küçəsi 1 ünvanında yerləşən 9 saylı sexində baş verib.

Yanğın güclü olduğundan «3 saylı çağırış» elan olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

«ANS»in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın artıq söndürülüb. Amma ərazidə çoxlu sayda polis, yanğınsöndürən, təcili yardım maşını var. Yanğının köhnə sexlərdən birində aparılan qaynaq işlərindən yarandığı bildirilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində bir nəfər dəm qazından boğularaq ölüb. Hələlik ölən kişinin şəxsiyyəti məlum deyil.

Qeyd edək ki, jurnalistlər hadisə baş verən əraziyə buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG