Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Araz Əzimov sərhədlərin açılmasına münasibət bildirib


Xarici İşlər nazirinin müavini Araz Əzimov
Xarici İşlər nazirinin müavini Araz Əzimov
«Əgər Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi müzakirə edilirsə, bunun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll prosesinə daxil edilməsi mümkündür».

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov Türkiyə ilə Ermənistan sərhədlərinin açılması barədə gedən müzakirələr münasibət bildirərkən deyib.

Nazir müavini daha sonra bildirib: «Türkiyə Ermənistanla sərhədlərini bilavasitə Azərbaycan torpaqları işğal olunduğuna görə bağlayıb və sərhədlər açılması ilə bağlı qərarın ləğvi də yalnız işğal olunmuş ərazilərin azad olunmasından sonra mümkündür».

Araz Əzimov deyir ki, Azərbaycanın son məqsədi ərazi bütövlüyünü bərpa etmək və həmin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan azərbaycanlı və erməni icmalarının birgə mehriban qonşuluq şəraitində yaşamalarını təmin etməkdir. Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən yolların hamısının işğal olunmuş ərazilərdən keçdiyini deyən nazir müavininə görə, işğal davam etdikcə Azərbaycanla Ermənistan arasında əməkdaşlığın olmamasına heç kim şübhə etməməlidir.

Araz Əzimov hesab edir ki, Azərbaycanla Ermənistanın münasibətləri normallaşmayana qədər sərhədlərin açılmasından Türkiyə elə də mənfəət əldə edə bilməyəcək. Bu baxımdan da Araz Əzimov hesab edir ki, sözügedən məsələ üç ölkənin bağlılığı kontekstində həlli edilsə, bu hər üç ölkə üçün daha mənfəətli ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG