Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16
Polis Prezident Aparatı və parlamentin binasına nəzarəti ələ alandan sonra aprelin 8-də Moldova paytaxtında sakitlik bərpa olunub. Bir gün əvvəl -aprelin 7-də polislə mitinqçilər arasında qarşıdurmada bir qadın ölüb, hər iki tərəfdən də 40-dan çox adam yaralanıb.

Moldova prezidenti Vladimir Voronin toqquşmadan sonra 118 nəfərin həbs edildiyini, aksiyanı təşkil edənlərin ölkədən qaçdıqlarını deyib.

Ötən bazar keçirilən parlament seçkilərində hakim Kommunist Partiyasının qalib gəldiyi elan olunmuşdu. Bunun ardınca müxalifət seçkinin nəticələrinin saxtalaşdırdığını bildirmiş, onun keçirdiyi dinc etiraz mitinqi isə sonradan zorakılığa çevrilmişdi.

Bu gün səhər də əksəriyyəti tələbə olan bir neçə min adam küçələrə çıxıb. Amma Prezident Aparatı və parlament binasının qarşısında olan «Azadlıq» radiosunun müxbiri Valeria Viti mitinqçilərin zorakılığa yol vermədiklərini deyib.

Prezident Vladimir Voronin dünən baş verən zorakılıqlara görə qonşu Rumıniyadakı «bəlli qüvvələr» adlandırğı qrupları ittiham edib. O, Rumıniyanın Moldovadakı səfirini ölkədən çıxarıb.

Moldovanın Rumıniya ilə bir neçə sərhəd-keçid məntəqəsini bağladığı haqqında da məlumatlar var.
Moldova Rumıniya ilə bir neçə sərhəd-keçid məntəqəsini bağlayıb
Hökumətin bununla Rumıniyada təhsil alan minlərlə moldovalı tələbənin geri qayıdaraq Kişinyovdakı etirazçılara qoşulmasının qarşısını almağa cəhd etdiyi deyilir.

Azı 20 jurnalistə də Rumıniyadan Moldovaya keçməyə icazə verilməyib.

II Dünya müharibəsindən əvvəl Moldova Rumıniyanın tərkibində olub və hazırda ölkənin 4.5 milyonluq əhalisinin üçdə-ikisi rumınlardır.

Müxalifət nümayəndələri isə zorakılıqda iştiraklarını rədd edirlər. Onlar bildirirlər ki, bu hadisəni hökumətin mitinqə saldığı təxribatçılar törədiblər.

ATƏT də aprelin 8-də zorakılıqları ittiham edib. Təşkilatın Kişinyovdakı sözçüsü Matti Sidorof:

«Əlbəttə, biz hər hansı zorakılığı pisləyirik. Biz bütün siyasi tərəfləri vəziyyətin normallaşması üçün əlllərindən gələni etməyə çağırırıq».

ATƏT seçkinin ertəsi günü hökumətin seçkiyə hədsiz müdaxiləsindən narahat olduğunu, amma ümumilikdə seçkinin bir çox beynəlxalq standartlara və öhdəliklərə uyğun olduğunu bildirib.

İnsanlar hökumət binasının qarşısına toplaşırlar, 8 aprel 2009
Müxalifət liderləri aprelin 8-i axşam prezident Voroninlə görüşəndə də səslərin yenidən sayılmasını tələb ediblər. Onlar hesab edirlər ki, nəticələr saxtalaşdırılıb və üç müxalifət partiyasının birlikdə 30% səs toplaması reallığı əks etdirmir.

Prezident Voroninin prezidentlik müddəti formal olaraq bu gün bitir. Konstitusiyaya görə, prezidenti yeni parlament çoxluğu müəyyən edir və onun üçüncü dövr üçün prezident seçilmək imkanı yoxdur. Moldovada belə məlumatlar dolaşır ki, Voronin parlıamentin sədri və ya Kommunist fraksiyasının rəhbəri kimi hakimiyyətdə qalmağı planlaşdırır.

Ötən bazar günü keçirilən parlament seçkilərində üç müxalifət partiyasının birlikdə 30% səs topladığı elan edildi. Bu nəticəni qəbul etməyən müxalifət partiyaları nəticələrin saxtalaşdırıldığını, xaricdə yaşayan adamların da əvəvzinə hakim partiyanın xeyrinə səs yazıldığını bildirərək səslərin yenidən sayılmasını tələb etdilər.

Bəzi müstəqil müşahidəçilər də seçkidə qanun pozuntularının olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG