Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

«Nabucco» iflas olur?


Aleksandros Petersen hesab edir ki, «Nabucco» mübahisəsini görünür artıq Rusiya udub

Aleksandros Petersen hesab edir ki, «Nabucco» mübahisəsini görünür artıq Rusiya udub

«The Wall Street Journal»da ABŞ-dakı Atlantika Şurasının nümayəndəsi Aleksandros Petersen Azərbaycanın Rusiyaya üz tutmasından sonra «Nabucco» kəməri layihəsinin aqibətindən bəhs edir. O, hesab edir ki, Xəzər və Orta Asiya qazının Türkiyə vasitəsilə Avropaya daşınmasını nəzərdə tutan «Nabucco» bu gedişlə artıq bir xülya kimi qalacaq. Əsas səbəbi də Azərbaycanın bu layihədən əlini çəkməsində görür.

Avropa Komissiyasının əsas prioritet elan etdiyi «Nabucco» Avropanın Rusiya qazından asılılıqdan qurtarması üçün düşünülən qaz kəməri idi. Rusiya isə kəmərə qaz verəcək ölkələri mümkün qədər dilə tutub kəməri qazsız qoymağa çalışırdı. İndi Aleksandros Petersen hesab edir ki, «Nabucco» mübahisəsini görünür artıq Rusiya udub.

Belə ki, kəmər lap əvvəlindən Azərbaycanın Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqlarından çıxan qaza hesablanmışdı. İkinci mərhələdə Türkmənistan, İran, İraq və başqa hövzə ölkələrindən də təbii qazın bu kəmərlə Avropaya nəqli planlaşdırıldı. Amma Azərbaycan qazı yenə də əsas açar rolundadır. Müəllif yazır: «Martın 27-də Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Moskvaya səfər edib.
Azərbaycan Türkmənistan qazının da Avropaya ötürülməsi üçün Rusiyadan yan keçən yeganə yoldur. Beləliklə də, Avropanın enerji mənbələrini müxtəlifləşdirmək planı tezliklə yalnız mümkün düşmən olan İranın ümidinə qala bilər
«Qazprom»da onu təmtəraqla qarşılayıblar. Səfər zamanı Azərbaycandan Rusiyaya qaz verilməsinə dair anlaşma memorandumu imzalanıb. Bu da hələ tikilməyən «Nabucco» kəmərinin yaşamaq imkanının büsbütün kəsə bilər».

Müəllif yazır ki, Azərbaycan Türkmənistan qazının da Avropaya ötürülməsi üçün Rusiyadan yan keçən yeganə yoldur. Beləliklə də, Avropanın enerji mənbələrini müxtəlifləşdirmək planı tezliklə yalnız mümkün düşmən olan İranın ümidinə qala bilər.

«Qazprom»un ən yaxşı qiymət təklifi çoxdan Azərbaycanın əlində vardı. Bəs, həmin kartdan Bakı niyə istifadə edir? Başqa sözlə, Rövnəq Abdullayevi Moskvada memorandum imzalamağa sövq edən nədir?

Aleksandros Petersen özü qoyduğu bu suallara belə cavab verir: «İki əsas hadisə hesabları dəyişdirdi. Birincisi, Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, ikincisi, Türkiyənin enerji layihələrini özünün Avropa Birliyinə üzvlük məsələsi ilə əlaqələndirməsi».

Yaranan ümumi vəziyyətdə «Azərbaycanın üzünü şimala – Rusiyaya çevirməkdən başqa, seçim imkanları elə də çox olmur».

Müəllif qeyd edir ki, Avropa Birliyində «Nabucco» kəməri barədə vahid fikrə gəlməzdən bir ay əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan həmin kəmərin tikintisi üçün keçirilən konfransa qatılmaqdan imtina etmişdi. Səbəb kimi də Avropa Birliyinə üzvlük prosesindəki maneələrin əməkdaşlığa da problem yaratdığını bildirirdi: «Türkiyənin bu mövqeyi enerji nəqli tərəfdaşlarına, istehlakçılara ziyan vurmur, bu, Avropa Komissiyasının strateji prioritet adlandırdığı «Nabucco» layihəsinin iflası demək olardı. Bu cür perspektiv də Avropadakı istehlakçıları da Azərbaycanın üzləşdiyi həmin seçim qarşısında qoyur: Üzünü Rusiyaya çevirməkdən başqa, qalan seçim imkanları çox azdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG