Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:50

Azərbaycan mühiti sələfiliyə dəyişiklik gətirib


Bu məzhəbin davamçıları qısa şalvar geyməklə, uzun saqqal saxlamaqla seçilirlər. Azərbaycanda oturuşmuş bəzi adət-ənənələrə qarşı çıxdıqlarından, cəmiyyətdə onlara qarşı bir qədər fərqli münasibət var. Söhbət sələfilərdən gedir. Onların digər məzhəblərin nə ilə fərqlənməsi və bunun səbəbləri barədə «İslam və demokratiya»nın qonaqları danışır.

Tarixçi alim, İslam araşdırmaçısı Altay Göyüşov:

«Sələfilər ən əvvəl xarici görünüşləri ilə fərqlənirlər. Sələfi təbliğatının bir xüsusiyyəti də odur ki, onların adət-ənənəyə oturuşmuş elementlərə tənqidi münasibətləri var. Məsələn, sələfilər açıq şəkildə yas mərasimlərini tənqid edir, ziyarətgahlara qarşı çıxırlar. Onlar bəzi İslam qanunlarının icrasına – məsələn, sünnətə həddən artıq mənfi yanaşır. Amma orası da var ki, Azərbaycan mühiti sələfiliyin özünə də müəyyən dəyişiklik gətirib».

A.Göyüşov deyir ki, terrorçular məhz sələfilər arasından daha çox çıxır:

«Bu, faktdır. Amma bu, o demək deyil ki, bütövlükdə cərəyanı qaralamaq lazımdır. Bu məzhəbi davamçılarının dövləti idarə edənləri var. Elə bəzən İslamın özünü də terrorla əlaqələndirirlər. Amma biz bilirik ki, milyard insanın içindən çıxan 10 adama görə bu boyda dini günahlandırmaq olmaz».

Dini mövzulardan yazan jurnalist Qurban Yaquboğlu:

«Sələfiliyə şiəliyə qarşı məqsədli şəkildə təbliğat aparılır. Digər dini məzhəblərin yumşaq mübarizəsinin nəticəsi kimi ortaya çıxır. Sələfilərin içində də radikallığa meylli qüvvələr var. Amma «Əbu-Bəkr» icmasının fəaliyyəti nəticəsində mülayim xətt müdafiə olunur».

Q.Yaquboğlu deyir ki, din sahəsində dövlətin görə biləcəyi işlər, apara biləcəyi çox vacib islahatlar var:

«Azərbaycanda dini reallıq dəyişir. Buna müvafiq olaraq həm dövlət strukturlarında, həm də QHT-lərlə işdə müəyyən addımlar atılmalıdır. Bu gün ölkədə normal dini mətbu orqanı, populyar olan, məsələlərə reallıqlar çərçivəsindən yanaşmağı bacaran, ekspertlərlə işləyə bilən mətbu orqanı yoxdur».
XS
SM
MD
LG