Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına etiraz edirlər


Türkiyənin şimal-qərbindəki bir neçə şəhərdə Ermənistanla sərhədlərin açılmaq ehtimalına etiraz əlaməti olaraq aksiyalar keçirilir.
Qars, Qaziantəp, İğdır, Amasiyada aksiya iştirakçıları bildiriblər ki, Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədlərin açılması mümkün deyil.

Bununla belə Türkiyənin XİN Əli Babacan deyib ki, hər iki ölkənin əlaqələrində inkişaf var, müəyyən uğurlar əldə olunub. Danışıqlar eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli eləmək üçün aparılır.

Bu günlərdə Türkiyədə səfərdə olan Amerika prezidenti Barak Obama da Türkiyəni Ermənistanla əlaqələri normallaşdırmağa, o cümlədən sərhədləri açmağa çağırıb.

Ermənistanla Türkiyə arasında sərhədlər 1991-ci ildən bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG