Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33

Həmməruzəçilər bir sıra görüşlər keçiriblər


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda səfərdədir. Aprelin 8-i həmməruzəçilər Avropa Şurasının Bakıdakı ofisində yerli QHT və media nümayəndələri, siyasi partiyaların təmsilçiləri və ölkə prezidenti ilə görüşüblər.

Ofisin qarşısına yığışan bir neçə Azərbaycan vətəndaşı da Andres Herkellə görüşmək istəklərini bildirib.

Həmməruzəçilər səfər zamanı ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqini aparacaqlar. Onlar prezident, Milli Məclisin sədri, Xarici İşlər və Ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının nümayəndələri, jurnalistlər, səfirlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Həmməruzəçilər həmçinin Naxçıvan Muxtar Respublikasına da gedəcəklər. Səfərin yekunu olaraq Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icrası ilə bağlı hesabat hazırlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG