Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Xarici radiostansiyalar demokratikləşmədə mühüm rol oynayır


«Azadlıq, Amerikanın səsi və BBC radiostansiyaları Litvanın demokratikləşməsində mühüm rol oynayıb. Biz istərdik ki, Azərbaycanda da eyni dərəcədə söz azadlığı olsun, radiolar, qəzetlər sərbəst şəkildə fəaliyyət göstərə bilsinlər». Bunu Azərbaycanda səfərdə olan Litvanın Xarici İşlər Naziri Viqaudas Uşatskas deyib.

Həbsdə olan jurnalistlərlə bağlı Azadlıq Radiosunun sualını cavablandıran nazir deyib ki, «söz azadlığı, plüralizm Avropa Birliyinin əsas dəyərlərindən biridir. Biz gözləyirik ki, Şərq Tərəfdaşlıq Proqramına dəvət olunan ölkələr bu dəyərlərə əsaslanacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG