Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:43

Daha yaxşı həyat üçün Azərbaycanı tərk edərsinizmi?


Ceyhun İbrahimov və Pərvanə Persiani
Ceyhun İbrahimov və Pərvanə Persiani
Daha yaxşı həyat sürmək üçün Azərbaycanı tərk edərsinizmi? Gənclər üçün Təhsil Mərkəzinin bu sualına sorğuda iştirak etmiş 200 gəncin 30%-i «böyük məmnuniyyətlə», 20% «müəyyən bir vaxta qədər», 20% «əsla» kimi cavablandırıb, 30% isə bu barədə düşünmədiyini qeyd edib.

«Gənclərimiz bu gün» sorğusunu aparmış Gənclər üçün Təhsil Mərkəzinin Strateji Araşdırmalar Bölməsinin rəhbəri Ceyhun İbrahimov deyir ki, sosioloji sorğunun məqsədi gəncliyin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

«14-24» verilişinin digər qonağı «OL» Azərbaycan Gənclər Hərəkatından Pərvanə Persiani gənclər arasında müxtəlif sosioloji sorğular aparılmasının vacib olduğunu deyir:

«Gənclər indi daha çox nəyə meyllənirlər və bu istəklərə mane olan baryerlər hansılardır, bax bunu öyrənmək lazımdır. Gənclərin özlərini ifadə edəcəyi bir platforma, məkan, demək olar ki, yoxdur».

«Gənclərimiz bu gün» sorğusuna görə, 60% gəncin gündəlik xərci 1 manat, 40% gəncinki isə 2-3 manat təşkil edir. Gənclərin gündəlik xərclərinin mənbələri belə göstərilir: 30% özü qazanır, 3% tələbə təqaüdü hesabına, 67% isə valideynlərinin hesabına.

Pərvanə Persiani hesab edir ki, sorğuda gənclərin gündə 2-3 manat xərcləməsinin göstərilməsi qeyri-real görünür:

«Çünki Bakı çox bahalı şəhərdir».

Pərvanə Persianinin fikrincə, çıxış yolu kimi gənclərin Azərbaycanı tərk edib xarici ölkəyə getmək istəyi yaxşı gələcəkdən xəbər vermir:

«Gənclərin burda rastlaşdıqları problemlər Azərbaycanın problemləridir. Əgər onlar bu narazılıqları aradan qaldırmaq istəyirlərsə, burda qalıb, buranı dəyişməlidirlər. Məncə, əvvəl özündən, ətrafından, ailəndən, qohum-qonşudan başlamalısan ki, sonra daha böyük cəmiyyətlərdə dəyişikliklər üçün çalışa biləsən. Əgər qaçmağı yeganə variant görürlərsə, o zaman onlar mütləq bu problemlərlə yenidən üzləşəcəklər. Növbəti nəsilə daha problemli, daha acınacaqlı bir ölkə ötürmək məncə, düzgün olmazdı».

Buna da bax:

XS
SM
MD
LG