Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:15

Meriya Müsavat, VHP və DAK-ın aksiyalarına icazə vermədi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının İranda yaşayan azərbaycanlıların etiraz aksiyalarına dəstək üçün mitinq keçirməsinə icazə verməyib. Müsavat Partiyası aksiyanı iyunun 10-a planlaşdırırdı.


BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun partiyaya göndərdiyi cavab məktubunda mitinqin keçirilməsi məqsədəuyğun sayılmayıb. Məktubda deyilir ki, İran İslam Respublikasında yaşayan azərbaycanlılarla bağlı baş verən hadisələr Azərbaycan vətəndaşlarının narahatçılığına səbəb olub və onlar öz etirazlarını KİV-lərdə bildiriblər: «Hesab edirik ki, bu məsələ ilə əlaqədar etiraz aksiyası keçirmək deyil, sivil qaydada mövqeyinizi bildirmək faydalı olardı».


Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə bildirir ki, qurum sabahkı iclasında növbəti addımlarını müzakirə edəcək.


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Dünya Azərbaycanlıları Konqresi (DAK) isə iyunun 9-da eyni məqsədlə etiraz aksiyası keçirmək üçün BŞİH-ə müraciət etmişdi. Ancaq meriya bu aksiyalara da icazə verməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG