Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:54

ATƏT-in təkrar parlament seçkilərinə dair hesabatı hazırlanır


«Bu yaxınlarda ATƏT-in Azərbaycan parlamentinə mayın 13-də nəticələri ləğv olunan dairələrdə keçirilən təkrar seçkilərə dair hesabatı hazır olacaq. Əslində, 6 noyabr seçkisinə dair yekun hesabata əlavə olacaq bu sənəd üzərində tamamlama işləri gedir».


Bu barədə «Azadlıq» radiosuna ATƏT-in sözçüsü Urdur Gunnarsdottir məlumat verib. Xanım Gunnarsdottir deyir ki, ATƏT ekspertləri hazırda sənəd üzərində işləyir, Azərbaycan hökumətinə yeni tövsiyələr irəli sürüb-sürməməyi götür-qoy edirlər.


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu il fevralın 2-də Azərbaycanda 6 noyabr parlament seçkilərinin nəticələrinə dair yekun hesabatını yaymışdı. Sənəddə seçki və seçkidən sonrakı vəziyyət təhlil olunur və Azərbaycan hökuməti üçün 30 tövsiyə irəli sürülürdü.


13 may təkrar parlament seçkisini ATƏT-in Geert Arensin başçılığı ilə Məhdud Müşahidə Missiyası izləmişdi.


XS
SM
MD
LG