Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Moldova polisi parlamentə nəzarəti bərpa edib


Moldovada polis parlament və prezident iqamətgahı üzərində nəzarəti bərpa edib. Aprelin 7-də bir qrup nümayişçi kommunistlərin qələbə çaldığı elan olunandan sonra hücumlar edib, yanğın törədiblər.

Moldova müxalifəti bəyan edib ki, onların talançılarla əlaqələri yoxdur.

Polislə nümayişçilərin toqquşması nəticəsində yüzə yaxın adam xəsarət alıb.

Paytaxt Kişinyovda aprelin 8-də də nümayişlərin davam edəcəyi gözlənilir.

Moldova müxalifəti tələb edirlər ki, ölkədə parlament seçkiləri yenidən keçirilsin. Onlar aprelin 5-də keçirilən seçkilərdə kommunistlərin qələbəsinin saxta olduğunu iddia edirlər.

Kommunistlərdən olan prezident Vladimir Voronin müxalifəti ittiham edib ki, onlar dövlət çevrilişi təşkil eləməyə çalışırlar.

Beynəlxalq müşahidəçilər Moldovada keçirilən parlament seçkilərin ədalətli keçdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG