Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

“Bakı-Xəbər”: “İrandan Azərbaycana pul axını başlayıb”


“Ayna” qəzetində bildirilir ki, dünəndən etibarən Tbilisidə MDB məkanında silahların yayılması və məhv edilməsi məsələlərinə dair beynəlxalq konfrans işinə başlayıb. ABŞ-ın müvafiq dövlət qurumlarının təşkil etdiyi bu tədbirə MDB ölkələrinin güc strukturlarının nümayəndələri qatılıblar. Ekspertlərin fikrincə, belə tədbirləri keçirməklə ABŞ postsovet məkanında, xüsusilə GUAM ölkələrinin ordularının silahlanması ilə bağlı prosesləri Rusiyanın əlindən alaraq şəxsi nəzarəti altına götürmək istəyir. Amma Moskva da dinc oturmur. Belə ki, yaxın vaxtlarda Azərbaycan və Rusiyanın Müdafiə Sənayesi nazirlikləri arasında iki ölkənin hərbi-sənaye kompleksləri üzrə əməkdaşlığa dair müvafiq razılaşmalar əldə ediləcəyi gözlənilir.


“525-ci qəzet”in əməkdaşı yazır ki, Ermənistan nümayəndələri digər təşkilatlarda olduğu kimi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də guya konstruktivlik nümayişi olsun deyə, Azərbaycanı regional əməkdaşlığa və Dağlıq Qarabağ münaqişəsini də bu çərçivədə nizamlamağa çağıran mütəmadi çıxışlar edirlər. Erməni parlamentarlarının Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası müstəvisində digər bir cəhdi isə Türkiyə ilə bağlı oluб. Ermənistan tərəfi bu xüsusda öz ambisiyalarını davam etdirərək Türkiyənin Ermənistana qarşı blokada tətbiq etməsi barədə mütəmadi olaraq məsələlər qaldırmağa çalışır.


“Bakı-Xəbər” qəzetindəki “İrandan Azərbaycana pul axını başlayıb” başlıqlı məqalədə bildirilir ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginliklə əlaqədar İran hakimiyyəti, eləcə də ayrı-ayrı şəxslər, o cümlədən iş adamları Avropa banklarından valyuta aktivlərini çıxarmağa başlayıblar. Eləcə də İran Qərb banklarına pul köçürmələrini tam dayandırıb. Qərb banklarından çıxarılan valyuta digər ölkələrdə yerləşdirilir. İranın böyük həcmdə Qərb ölkələrindən transfer etdiyi maliyyə vəsaitinin bir qisminin də Azərbaycanda realizə edildiyi, müxtəlif sahələrə və banklara yatırıldığı bildirilir.


XS
SM
MD
LG