Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:33

Gəncədə 700-ə yaxın işçi öz hesabına məzuniyyətə göndərilir


«Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyi

«Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyi

Rəsmilərin iqtisadi böhranın Azərbaycandan yan keçməsini iddia etməsinə baxmayaraq hətta iri istehsal müəssisələrində müşahidə olunanlar bunun əksinə olduğunu göstərir. Belə ki, «Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyinin işçiləri iki aydır ki, əməkhaqlarını ala bilmirlər. 700-ə yaxın işçi isə apreldən öz hesabına məzuniyyətə göndərilir. Onlardan bir neçəsini eşidək:

- Maaşımızı üç aydır ki, almırıq. Yeməkxananın işləməməsi də çox pisdir. Bilmirik neyləyək.

- Pulumuzu 3-4 aydır almırıq. Deyirlər verəcəyik, verəcəklər ya yox bilmirik. İşçilərin yarısını çıxarıblar. Budur işçi avtobusları boş qalıb. Burda 7 min fəhlə işləyirdi. İndi cəmi 3 min qalıb, onların da yarısı çıxarılıb.

- Gör neçə nəfər işsiz qalır. Mal satılmayanda böhran olmalıdır.

Gəncə Gil Torpaq İstehsalat Birliyinin binasının qarşısında lövhədə məlumat vərəqləri vurulub
Müəssisənin yeməkxanası da fəaliyyətini dayandırıb. İşçilər daha çox müəssisənin tam bağlanmasından narahatdırlar. Hazırda işçilərin verdiyi məlumatlara görə, müəssisədə 4 mindən çox adam fəaliyyət göstərir ki, onların da əksəriyyəti qərb bölgəsinin sakinləridir. Texniki xidmət və təmir departamentinin işçisi Əntiqə Həsənova:

- Rəhbərlik deyir ki, işləyəcəyik. İki aydır maaşlarımızı almırıq, amma deyilinə görə bu həftənin sonu alacağıq. İşdən çıxmayıblar, öz hesabına məzuniyyətə göndəriliblər. Yeməkxanalar da dayandırılıb.

Gil-Torpaq İstehsalat Birliyinin Sumqayıtda yerləşən baş ofisinin inzibati əlaqələr departamentinin nümayəndəsi və ictimai əlaqələr şöbəsinin rəisi İlkin Rəhimov müəssisə ilə bağlı məlumat vermək istəmədiyini dedi:

İşçilər üç aydır ki, əməkhaqlarını ala bilmirlər
- Xeyr bu haqda heç nə deyə bilmərik. Əmlak Komitəsinə müraciət edə bilərsiniz.

Gəncə Gil Torpaq İstehsalat Birliyinin binasının qarşısında lövhədə məlumat vərəqləri vurulub. Burada bildirilir ki, maliyyə böhranı ilə əlaqədar dünya bazarında müəssisənin məhsullarının satışı üç dəfə aşağı düşüb. Bu səbəbdən 700-ə yaxın işçinin öz hesabına məzuniyyətə göndərilməsi məqsədəuyğun bilinib.

Rəsmi tərəf açıqlama vermək istəmədiyinə görə, müəssisənin fəaliyyətinin necə olacağı məlum deyil. Amma işçilər üç aydır ki, əməkhaqlarını ala bilmirlər. 700 –dən çox işçi öz hesabına məzuniyyətə göndərilir. Bilinən odur ki, «Azəralüminium»un istehsal etdiyi məhsulların satışı dünya bazarında üç dəfə aşağı düşüb. Buna görə də müəssisənin istehsal gücü demək olar ki, yarıbayarı azalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG