Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Məktəbli ana dilində təhsil istədiyi üçün məhkəməyə çağırılıb


İbrahim Nuri
İranın Əhər şəhərində 16 yaşlı azərbaycanlı məktəbli İbrahim Nuri ana dilində təhsil istədiyi üçün aprelin 7-də İran Əhər İnqilab Məhkəməsinə çağırılıb.

Məhkəmədə sorğu-sual edildikdən sonra sərbəst buraxılan məktəbliyə məhkəmənin yekun rəyi aprelin 8-də təqdim ediləcək.

Məhkəmə İbrahim Nurini qanunazidd addımlar atmaqda ittiham edib.

16 yaşlı məktəbli deyir: «Mən hansısa qanuna zidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm və öz dilimdə məktəblərin olmasını dilə gətirmişəm. Bizə ana dilində yazıb-oxumaq yasaqlanıb».

11 yaşından milli hərəkata qoşulan İbrahim Nuri ilk dəfə 14 yaşında 2007-ci ildə İranda azərbaycanlıların keçirdiyi aksiyaların ildönümü ərəfəsində tutulub.

İbrahim Nuri deyir ki, o, ana dilində təhsillə bağlı tələblərini həm məktəbdə, həm də kənarda həmişə səsləndirib. Sonuncu dəfə Dünya Ana dili günündə keçirilən tədbirdə iştirak edib və bir daha doğma dilində məktəb istəyib.

İbrahim Nurinin sözlərinə görə, bu istəklərini hər dəfə dilə gətirənlər həmişə onu kimi məhkəməyə çağırırlar.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
XS
SM
MD
LG