Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

Azadlığa çıxacaq məhbusların arasında Mirzə Sakitin adı yoxdur


«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin həbsxanadan buraxılması yubanır

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin həbsxanadan buraxılması yubanır

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin həbsxanadan buraxılması yubanır. Artıq ikinci gündür ki, onun ailəsi və həmkarları jurnalistin saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısında gözləyirlər.

Həmin həbsxananın rəisi Fikrət İsmayılov bildirib ki, onlar amnistiya ilə bağlı bütün sənədləri, o cümlədən Mirzə Sakitin buraxılması ilə bağlı sənədləri Bakı Şəhər Prokurorluğuna göndəriblər. Hələlik cavab yoxdur.

Cavabın yubanmasına gəlincə, rəis deyir ki, amnistiya düşən 9 min məhbusun sənədini yalnız bir nəfər – Bakı Şəhər prokuroru imzalayır. Buna görə məhbusların buraxılması yubanır.

10 saylı cəzaçəkmə müəssisin qeydiyyat şöbəsinin müdiri Sənan Məmmədov jurnalistlərə bildirib ki, aprelin 7-də azadlığa çıxacaq məhbusların arasında Mirzə Sakitin adı yoxdur.

10 saylı cəzaçəkmə müəssisindən 76 nəfər amnistiyaya düşüb. Bu vaxta kimi cəmi 18 nəfər azadlığa buraxılıb.

Bakı Şəhər Prokurorluğundan isə məsələyə sabah aydınlıq gətirəcəklərini deyiblər.

Parlamentin Amnistiya Aktı martın 19-dan qüvvəyə minib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG