Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:37

Baş redaktor məhkəmə zalında həbs edildi


«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili bir il azadlıqdan məhrum edildi
Aprelin 7-də Yasamal rayon məhkəməsi hakim Tahir İsmayılovun sədrliyi ilə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin bir il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Baş redaktor məhkəmə zalında həbs edilib.

«Təzadlar» qəzeti ilə əməkdaşlıq edən müstəqil jurnalist Zümrüd Məmmədliyə isə 6 aylıq icbari iş kəsilib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynlinin sözlərinə görə, məhkəmə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin «Təzadlar» qəzetinə qarşı Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə iddiasına baxıb, böhtan və şərəf və ləyaqətinin tapdanması haqda iddianı əsaslı sayıb:

«İddiaya səbəb Zümrüd Məmmədlinin qəzetə müsahibəsidir. Həmin müsahibədə jurnalist Beynəlxalq Universitetdə saxta diplom alveri və korrupsiya faktlarına malik olduğu barədə danışır».

Məhkəmə prosesi iki ay bundan əvvəl başlayıb. Baş redaktor bu iddianı əsassız hesab edir.

Redaktorun həyat yoldaşı Yasəmən Məmmədovanın sözlərinə görə, Asif Mərzili məhkəmədən öncə qarşı tərəflə razılaşmanın əldə edibmiş:

«Hakim artıq hökm çıxardı. Həyat yoldaşımı böhtan, şərəf və ləyaqət maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etdilər. Asif heç vəkil də tutmamışdı, çünki məhkəmənin belə bir hökm çıxaracağını gözləmirdi. Barışıq adı ilə bizi aldadıb, Asifi həbs etdirdilər. Maşına basıb, Bayıl təcridxanasına apardılar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG