Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Litva və Azərbaycan nazirləri görüşüb


«Biz Azərbaycana yalnız Avropanın neft-qaz qaynağı yox, həm də regionun siyasi və mədəni mərkəzi kimi baxırıq». Litva XİN Viqaudas Uşatskas aprelin 7-də Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirdiyi brifinqdə deyib. Nazir deyib ki, Litva Azərbaycanla Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində əlaqələrini genişləndirməyi düşünür.

Elmar Məmmədyarov da Azərbaycanın Litva ilə münasibətlərinin dərinləşdiriləsində maraqlı olduğunu bildirib.

Bakıda keçirilən biznes-forumda Azərbaycan və Litva arasında iqtisadi münasibətlərin genişləndirilməsi məsələləri gündəmə gətirilib. XİN-i arasında siyasi dialoq haqqında memorandum imzalanıb.
XS
SM
MD
LG