Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Karbonsuz ada layihəsinin təqdimatı olub


6-8 ilə başa çatdırılması planlaşdırılan layihənin tikintisinə 4-4.5 milyard dollar vəsait ayrılması nəzərdə tutulur

6-8 ilə başa çatdırılması planlaşdırılan layihənin tikintisinə 4-4.5 milyard dollar vəsait ayrılması nəzərdə tutulur

Aprelin 7-də Böyük Zirə adasında karbonsuz ada layihəsinin təqdimat mərasimi keçirilib. Bu layihəni 3 Danimarka şirkəti həyata keçirəcək (Koşar Demir, Bjarke İngels Group, Ramboll).

Bir ilə layihənin icrasına başlanılması nəzərdə tutulur. 1 milyon kvadrat metrlik ərazisi olan bu adada təxminən 10 min adam yaşaya biləcək.

6-8 ilə başa çatdırılması planlaşdırılan layihənin tikintisinə 4-4.5 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. Sifarişçi Azərbaycanın «Avrositi» Holding şirkətidir.


Layihənin təqdimat mərasimində qeyd olundu ki, Bakı ilə ada arasında üç növ nəqliyyat vasitəsilə əlaqə saxlanılacaq. Bunun üçün kiçik sərnişin gəmilər, asma yol və hava nəqliyyatı-vertolyotlardan istifadə oluna bilər. Ada ilə Bakı Hava limanı arasında birbaşa hava koridoru olacaq. Əsasən sərnişin vertolyotlarından istifadə nəzərdə tutulur.

Adada elektrikdən başqa heç nədən istifadə olunmayacaq. Elektrik təminatı da həmin ətrafında qurulan 16 külək dəyirmanı vasitəsilə təchiz ediləcək. Adanın özündə əsas nəqliyyat vasitəsi elektrik avtomobillər olacaq və bu avtomobillər də batareya ilə işləyəcək.

Adada 300-ə yaxın lüks villa və bir neçə dörd-beş ulduzlu otellər tikiləcək. Böyük Zirə adası üçün içməli su Xəzər dənizindən götürüləcək. Su xüsusi avadanlıqla duzdan təmizlənəcək.

Lakin ilk illərdə adada Bakıdan verilən qaz və sudan istifadə ediləcək. Lakin ada tam əhalinin yaşayışı üçün istifadəyə veriləndə orada qazdan istifadə olunmayacaq.

Verilən məlumata görə, maliyyə böhranı ada ilə bağlı layihəyə təsir etməyəcək. Buna oxşar layihələrin Şanxay və Əbu-Dabidə də həyata keçirilməsi planlaşdırılır.

Layihə həyata keçirənlər deyiblər ki, Nargin adası hərbi obyekt olduğuna görə, tikinti işləri başlanmazdan əvvəl ərazi minaaxtaranlar tərəfindən tam yoxlanılacaq.

Adanın kazinolar şəhərinə çevrilə biləcəyinə dair «Azadlıq» radiosu müxbirinin sualına layihə nin məsləhətçilərindən biri Koşar Demir deyib ki, Nargin sadəcə istirahət məkanına çevriləcək. Burda kazinodan söhbət gedə bilməz.

Bu adada vaxtilə sovet qoşunları tərəfindən çoxlu sayda türk əsgərləri və azərbaycanlılar qətlə yetirildiyindən kompleksin mərkəzində iki xatirə abidəsinin tikiləcəyi də planlaşdırılır. Hər iki abidə üzərinə Azərbaycan və Türkiyənin bayrağı asılacaq.

Bundan başqa adada kanalizasiya suları suvarma üçün yenidən emal ediləcək. Bərk tullantıların utilizasiyası üçün mimi zavodun tikilməsi planlaşdırılır.

Layihənin təqdimat mərasimində o da deyildi ki, işə təxminən 90-95 faiz yerli şirkətlər cəlb ediləcək. Amma hələ ki hər hansı şirkətlə danışıqlar aparılmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG