Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Gəncəlilərin iş tapması asanlaşacaq


Gəncə şəhərində Gənclərin Məşğulluq Resurs Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz «Gələcəyə Körpü» İctimai Birliyi tərəfindən yaradılıb.

Birliyin sədri Müşfiq Cəfərov bildirib ki, burada gənclər təcrübə və iş yeri tapmaq üçün resurslarla və praktiki iş təcrübəsi ilə təmin olunacaq.

Mərkəz ilkin mərhələdə iki il müddətinə əsasən 3 istiqamətdə fəaliyyət göstərəcək: gənclər üçün 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər, onlara iş tapmaqda yardım etmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək üçün mütəmadi təlim və məsləhətlər vermək və peşə-sənət kursları yaratmaq.

Proqram Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
XS
SM
MD
LG