Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:36

Bu gün Ümumdünya Sağlamlıq Günüdür


Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür. Bu münasibətlə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çan dünya ölkələrinə müraciət edib. Müraciətdə deyilir ki, «zəlzələ və ya daşqın kimi hadisələr nəticəsində baş vermiş genişmiqyaslı fövqəladə vəziyyətlərdə, məhz həyatların xilas edilməsi ilə bağlı xidmətlərə çox kəskin ehtiyac yarandığı zaman bəzi ölkələr xəstəxana fondlarının 50%-ə qədərini itirirlər».

Bu cür hallarda tibb müəssisələrinin öz vəzifələrinin öhdəsindən gələ bilməməsi, xüsusilə də dağıntıların keyfiyyətsiz tikinti və ya inşaat normalarının pozulması nəticəsində baş verdiyi barədə fikirlər yarandıqda, ictimai etiraz doğura bilər.

Marqaret Çan deyir ki, «irəlini düşünmək və planlaşdırmaq ağıllı yanaşmadır. Bütün dünyada fövqəladə hallar və fəlakətlərin sayı artmaqdadır. Bu meyl şübhəsiz ki, davam edəcəkdir, çünki urbanizasiya insanları təhlükəli məkanlarda bir yerə toplayır və iqlim dəyişikliyi daha tez-tez baş verən və daha ciddi ekstremal hava şərtləri yaradır. Biz, fəlakətlərin əmələ gəlməsinə meylli sahələrin sayının artmasını gözləməliyik».
XS
SM
MD
LG