Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:32

Həmməruzəçilərin səfəri başlayır


Aprelin 7-dən AŞPA həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfərləri başlayır. Həmməruzəçilər səfərdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqini aparacaq.

Həmməruzəçilər prezident, Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının nümayəndələri, jurnalistlər, səfirlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Həmməruzəçilər həmçinin Naxçıvan Muxtar Respublikasına da gedəcəklər.

Səfərin yekunu olaraq Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icrası ilə bağlı hesabat hazırlanacaq.

Səfər aprelin 11-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG