Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

Pakistan səfiri Tovuzda olub


Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafizi Tovuzun Ermənistanla sərhəd kəndlərində olub. Əlibəyli kəndinin sakinlərinin yaşayışı ilə tanış olan səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistanın Ermənistanla heç bir siyasi və iqtisadi əlaqəsi yoxdur.


Səfir Hafizi ilk dəfədir ki, cəbhə bölgəsində olduğunu diqqətə çatdırıb və Tovuzdan sonra digər cəbhəyanı regionlara da baş çəkəcəyini söyləyib. Məhəmməd Hafizi bildirib ki, o, Bakıya qayıdandan sonra digər səfir həmkarları ilə gördüklərini bölüşəcək: «Qoy səfir həmkarlarım da gəlib görsünlər ki, cəbhəyanı bölgələrdə sakinlər hansı əziyyətlər bahasına duruş gətirə bilirlər».


Günün bütün mövzuları

XS
SM
MD
LG