Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Oktyabrın 6-da 604 bələdiyyəyə seçki keçiriləcək


Bu il oktyabrın 6-da Azərbaycanda 604 bələdiyyəyə seçki keçiriləcək. Bu bələdiyyələrdən 141-nə təkrar seçki olacaq, bəzilərinə əlavə, digərlərinə isə yeni yarandıqlarından ilk dəfə seçki keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 7-də keçirilən iclasında seçkinin təqvim planı təsdiqlənib. MSK-nın mətbuat katibi Azər Sarıyev: «İyunun 8-dən namizədlərin irəli sürülməsi prosesi başlanır».


Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2004-cü ildə keçirilib. Sonradan 141 bələdiyyəyə seçkilərin nəticəsi etibarsız sayılıb.


Bu yaxınlarda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi bəyanat vermişdi ki, əgər bu ilin sonunacan Azərbaycanda təkrar bələdiyyə seçkiləri keçirilməsə, ölkə nümayəndə heyətinin bu qurumdakı səlahiyyətləri dayandırıla bilər.


XS
SM
MD
LG