Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:37

İlham Əliyev BMT-nin İstanbulda keçirilən forumuna niyə getməyib?


«İlham Əliyevin Türkiyəyə getməməyi bir mesajdır»

«İlham Əliyevin Türkiyəyə getməməyi bir mesajdır»

Aprelin 6-ı İstanbulda BMT-nın Qərb və islam ölkələri arasında anlayışı aşılayan forumu açılıb. Azərbaycan prezidenti İlham Əliyev dəvətli olsa da, foruma qatılmayıb. Yayılan məlumatlara görə, cənab Əliyev bu addımı Türkiyənin Ermənistanla sərhədləri açması barədə yayılan məlumatlara etiraz olaraq atıb.

Ekspertlər və siyasətçilər prezidentin bu addımı barədə nə fikirləşirlər?

Türkiyədə yerləşən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin eksperti Ələsgər Ələsgərli «Azadlıq» radiosunun «İşdən sonra» proqramına deyib ki, Türkiyə-Azərbaycan münasibətlərinin zədələnməsi mənəvi köklərə sağalmaz ziyan vura bilər:

«İctimaiyyətlərin, cəmiyyətlərin vicdanı yaralana bilər. Əslində, Türkiyədə Ermənistanla sərhədlərin açılmasının tərəfdarı olan çox az sayda tərəfdarın olmasını siz görərsiniz. Bunlar da erməni diasporasının dəstəklədiyi insanlardır».

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, bu, bir qədər gözlənilməz hadisədir:

«Azərbaycanın bu addımı anlaşılan deyil. Bu nədir – Türkiyəyə, yoxsa ABŞ-ın yeni administrasiyasına qarşı demarş? Və belə anlaşılmazlıqlar son dövrdə Azərbaycan siyasətində çoxalıb. BMT-nin keçirdiyi bu sammitə komitə sədrini yollamaq pozitiv qiymətləndirilə bilməz. Bunun müəyyən nəticələri olacaq».

Dövlət hüququ doktoru Fərhad Mehdiyev:

«İlham Əliyevin Türkiyəyə getməməyi bir mesajdır. Ki, sərhədləri açma. Bunu bir diplomatik nota kimi qəbul etmək lazımdır».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli:

«Mən əmin deyiləm ki, bu, demarşdır. Azərbaycan xarici siyasətinin əsas çatışmayan məqamlarından biri ondan ibarətdir ki, dövlət başçısı bu barədə xalqla, parlamentlə, siyasi partiyalarla danışmağa, bölüşməyə heç ehtiyac da duymur. Hər-hansı izahat verilmir».

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

«Bu cür vacib tədbirdə iştirak etmək və Amerika kimi ölkənin yeni lideri ilə görüşmək şansı önəmlidir. İlk nəzərdə bundan istifadə edilməsi zəruridir. Digər tərəfdən, İlham Əliyevin bu addımı atmasının bizə məlum olmayan səbəbləri də ola bilər. Bizə çoxlu məsələlər bəlli deyil».

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə:

«İlham Əliyevin İstanbula getməməsi düzgün addımdır. Bu, bizimlə Ermənistan arasında olan münaqişəyə diqqəti cəlb edə bilər. ABŞ-ın Türkiyəni Ermənistanla sərhədlərin açılmasına sövq etməsi düzgün addım deyil».

Şərhləri göstər

XS
SM
MD
LG