Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

Hillari Klinton talibançının da sualına cavab verdi


Hillari Klinton "Azadlıq" radiosuna müsahibə verərkən.

Hillari Klinton "Azadlıq" radiosuna müsahibə verərkən.

Aprelin 6-da “Azadlıq” radiosunun Praqadakı ofisində jurnalistlərlə görüşən ABŞ Dövlət Katibi Hillari Klinton radiomuzun Əfqanıstan xidmətinə müsahibə verib. Müsahibədə Dövlət Katibinə Əfqanıstandan hətta Talibançıların sərt sualları ünvanlanıb. Müsahibəni qısa ixtisarla təqdim edirik.

Müxbir: Son 48 saatda biz dinləyicilərimizə müraciət etmişdik ki, Sizə sualları varsa, versinlər. 1000-dən çox sual almışıq. Onlardan bəzilərinə cavabalarınızı almaq istərdik.

Dinləyicilərimizdən biri belə bir sual sual verir: "Ötən il Şindad bölgəsi bombalananda 110 nəfər günahsız dinc sakin həlak oldu. Səkkiz yaşlı bir qız uşağının bütün yaxınları da həmin hadisədə ölüblər, indi o, yetim qalıb. Bu balaca qızın gələcəyi haqqında nə deyə bilərsiniz?"

Hillari Klinton "Azadlıq" radiosunun Praqadakı baş ofisində, 5 aprel 2009

H.Klinton: Hər şeydən əvvəl onu deyim ki, dinc sakinlərin ölümünə görə həddən artıq məyusam. Harda və necə baş verməsindən asılı olmayaraq bu bir faciədir.

Əlbəttə, mən bir ana kimi də hər hansı uşağın ailəsini itirməsini eşidəndə ürəyim düşür. Ümid edirəm ki, ötən bir il ərzində o qıza qıza yaşamaq üçün təhlükəsiz bir yer tapılıb.

Qeyd etdiyiniz hadisədən sonra hərbi əməliyyatların xarakteri və bu istiqamətdə siyasət də dəyişib.

Bu əməliyyatlar Talibanın, Əl-Kaidanın və onların müttəfiqlərinin törətdikləri zorakılıqların qarşısının alınması üçündür. Onlar intiharçı hücumları təşkil edirlər, heç bir insanın həyatına hörmət etmirlər.

Əfqan xalqının sülh və təhlükəsizlik şəraitində yaşaması üçün onların hərəkətləri dayandırılmalıdır. Bizim məqsədimiz bölücü fikirli, cəmiyyətin qaydalarına uymayan adamların hərəkətlərinə son qoyulmasıdır.

Beləliklə, əgər zorakılıq törədənlər əməllərindən əl çəksələr, ABŞ-ın, bizim müttəfiqlərimizin və Əfqanıstanın Milli Ordusunun hərbi əməliyyatları da dayanacaq. Bu, bizim arzumuzdur.
Hillari Klinton "Azadlıq" radiosunun Praqadakı baş ofisində, 5 aprel 2009

Müxbir: Bizi dinləyənlər arasında Talibançılar da var. Taliban tərəfdarlarından birinin sualı belədir:

"Seçki kampaniyanız zamanı bir çox müsəlmanlar ümid edirdilər ki, hökumətiniz müsəlmanları başa düşəcək. Amma Siz hakimiyyətə gələn kimi qərar qəbul etdiniz ki, Əfqanıstanda günahsız uşaqları, qadınları öldürmək, onların evlərini dağıtmaq üçün daha çox hərbi qüvvə göndərəsiniz. Bu cür strategiyanın məqsədi nədir?

H.Klinton: Çox şadam ki, Əfqanıstanda “Azadlıq” radiosunun bu qədər dinləyicisi var. Həm də onlar müxtəlif siyasi görüşlü insanlardırlar. Biz hesab edirik ki, hətta, ziddiyyətli olsa da fikrin azad ifadəsi, ideya mübadiləsi çox vacibdir.

Bizim Əfqanıstana daha çox hərbi qüvvə göndərməyimizin səbəbi Əfqanıstan xalqına yüksək hörmətimizdir.

Biz Əfqanıstanı işğal etməyi, orada daimi hərbi bazalar yaratmağı, əfqan xalqına öz gələcəklərini necə qurmağı diktə etmək istəmirik.

Əfqanıstan hökuməti və Milli Ordusu ilə birlikdə hər kəsin təhlükəsiz yaşamasına şərait yaratmaq istəyirik.

Əlavə hərbi qüvvələrin, xüsusən də mülki işçilərin cəlb edilməsi Əfqan xalqı üçün daha vacib olan sahələrə, misal üçün, kənd təsərrüfatına diqqətin artırılması üçündür.

Hillari Klinton "Azadlıq" radiosunun Praqadakı baş ofisində, 5 aprel 2009
Bizim Əfqanıstan üçün uzunmüddətli öhdəliklərimiz var. Amma biz orada hərbi qüvvələrlə deyil, dostluq əlaqələri ilə qalmaq istəyirik. Bunun üçün də hər şeydən əvvəl insanlara təhlükəsizlik şəraiti yaratmalıyıq.

Müxbir: Əfqanların bir çoxu hökumətin korrupsiyası və bacarıqsızlığından məyus olub. Yenə də bizim bir dinləyicimiz zəng edərək belə bir sual verib:

“Xahiş edirəm, mənim xanım Klintona fikrimi senzura etməyin. Əgər xanım Klinton Əfqanıstanın problemlərini həll etmək istəyirsə, hökumətlə yox, xalqla görüşməlidir. Çünki hökumətin 80%-i qatillərdən, məsuliyyətsiz adamlardan, qaçaqmalçılardan, narkotik yaynlardan və korrupsionerlərdən ibarətdir.


H.Klinton: Şadam ki, bu sual səsləndi, həm də yəqin ki, senzura edilmədən.

Məncə, korrupsiya Əfqanıstanın ən böyük problemlərindəndir. Bunu mən də, prezident Obama da, bizim Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəmiz Riçard Holburqa da qeyd edib. Biz korrupsiyanın qarşısının alınması üçün bacardığımız bütün işləri görməyə çalışırıq.

Korrupsiya insanların öz hökumətlərinə inam və etibarlarını məhv edir.

Mən üç dəfə Əfqanıstanda olmuşam. Hər dəfə də adi adamlar, qadınlar, vətəndaş cəmiyyətinin nümayəndələri, ilə görüşürəm. Əlaqələrimi təkcə hökumətlə məhdudlaşdırmıram.

Biz qarşıdakı seçkilərdə heç bir namizədi dəstəkləmirik. Təhlükəsizliyin təmin olunması üçün əlavə qüvvələr cəlb edirik ki, Əfqanıstan xalqı azad, ədalətli və legitim seçki keçirsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG