Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Barak Obama Türkiyədə “soyqırımı” sözündən yayınır


Barak Obama Türkiyə səfərində “genosid” sözünü işlətmək istəməyib. Ancaq o deyib ki, 1915-ci ildə ermənilərin Osmanlı Türkiyəsində kütləvi qırğınına onun münasibəti dəyişməyib.
Türkiyə prezidenti Abdulla Güllə mətbuat konfransında Amerika prezidenti Obama deyib: “mənim baxışlarım sənədlərdə var və mən baxışlarımı dəyişməmişəm”.

2008-ci ilin yanvarında Obama hələ prezidentliyə namizəd olanda onun rəsmi internet saytında deyilirdi: “Erməni genosidi şayiə, bir nəfərin şəxsi baxışı deyil, bu, geniş şəkildə sənədləşdirilmiş və tarixi dəlillərlə əsaslandırılmış faktdır”.
XS
SM
MD
LG