Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Orta məktəb forma paylayır


Valideynlər məktəbli formasının keyfiyyətindən narazılıq edirlər
Bakının 30 saylı orta məktəbində məktəbli forması paylanır. Deyəcəksiniz, dərs ilinin başa çatmasına 2 ay qalmış nə məktəbli forması?

«Azadlıq» radiosunun «Qaynar xətt»inə üz tutan bəzi valideynlər də həm bunu soruşur, həm də məktəbli formasının keyfiyyətindən narazılıq edirlər. Deyirlər ki, 35-40 manata şagirdlərə məcburi satılan formanın keyfiyyəti heç 10 manatlıq da deyil, üstəlik uşaqların əyninə böyük olduğundan əlavə xərc çəkməlidirlər.

«Məktəbli forması keyfiyyətli deyil, nazik parçadandır. Valideynləri narazı salıb. Uşaqlara məcburi paylayırlar. Dərs ilinin başa çatmasına bir-iki ay qalıb. Bəlkə gələn dərs ilində hansısa ailə yaşadığı yeri dəyişəcək, deməli, orda da yeni məktəbli forması almalıdır. «On birincilər» də məktəbi bitirib gedirlər. Amma onlara da forma paylanır».

30 saylı orta məktəbin direktoru Məlahət Hüseynovayla əlaqə saxladıq. Direktor təsdiqlədi ki, həqiqətən də onlar məktəbli formasını indi paylayırlar. Çünki məktəb təmirdən yenicə çıxıb:

«Məktəb təmir olmamışdı deyə, biz məktəbli formasına keçməmişdik. İndi almışıq formaları. Hansı valideyn narazıdırsa, gətirib qaytara bilər. Gələn il uşağını başqa məktəbə aparmaq istəyən valideyn də məktəbli forması almaya bilər. «On birincilər» üçün isə məcburi deyil. Sadəcə, onlar özləri istədilər forma geyinələr. Ancaq bəzi valideynlər formanı dəyişik geyinmək üçün cüt-cüt götürürlər».

«Qaynar xətt»ə üz tutan valideynlər onu da demişdilər ki, məktəbli forması şagirdin əyninə böyükdür, əlavə xərc çəkməli olurlar. Direktor Məlahət Hüseynova da bunu təsdiqlədi ki, paltarı bir ölçü yuxarı götürüblər. Fikrini də belə əsaslandırdı ki, «uşaqlar böyüyürlər, bu paltarı gələn dərs ilində də geyinməlidirlər».

Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı deyir ki, forma geyinmək məcburidir, onu məktəbdən almaq yox.

30 saylı orta məktəbin direktoru Məlahət Hüseynova deyir ki, hansı valideyn narazıdırsa, formanı qaytara bilər.

Məktəb rəhbərliyilə anlaşa bilməyən valideynlər isə Bakı Şəhər Təhsil İdarəsinə müraciət edə bilərlər.

Sizin şikayətləriniz varsa, onu «Azadlıq» radiosunun «Qaynar xətti»nə söyləyə bilərsiniz.
Bunun üçün siz 436 77 41 nömrəli telefona zəng edə, ya da efir@azadlıqradiosu.az elektron ünvanına da məktub yaza bilərsiniz. Biz də sizin şikayətinizi araşdırarıq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG