Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:08

İran Şimali Koreyanın addımını dəstəkləyir


İran bildirib ki, Şimali Koreyanın raketi sınaqdan keçirməsini dəstəkləyir. Ölkənin Xarici İşlər nazirinin sözçüsü Həsən Qaşqavi jurnalistlərə deyib ki, İran fəzanın «sülh məqsədləri üçün istifadəsini» dəstəkləyir və belə düşünür ki, «buna hər kəsin haqqı var». Lakin sözçü İran nüvə proqramının Şimali Koreya ilə hər hansı əlaqəsi olmasını inkar edib.

Fevral ayında İran da öz raketini sınaqdan keçirib.

Aprelin 5-i Birləşmiş Ştatlarla Yaponiya Şimali Koreyanın raket sınağı keçirməsini təcili BMT-nin Təhlükəsizlik Şurasına çıxarmağa çağırmışdılar. İclas təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçirilib.

Raketin aprelin 5-i Bakı vaxtıyla təxminən 07:30 radələrində buraxıldığı deyilirdi. Yaponiya iddia edirdi ki, raket onun ərazisindən keçərək Sakit okeana düşüb. ABŞ prezidenti Barak Obama Şimali Koreyanın bu addımını fitnəkarlıq adlandırmışdı və bildirmişdi ki, Pxenyan Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, özünü BMT-dən təcrid edir.

BMT-nin təcili yığışan Təhlükəsizlik Şurası isə heç bir qərar qəbul edilmədən sona yetib və bu məsələ ilə bağlı məsləhətləşmələrin davam edəcəyi bildirilb
XS
SM
MD
LG