Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:27

Rasmussen NATO ilə islam dünyası arasında əməkdaşlığı artıracağını deyir


«NATO ilə islam dünyası arasında dialoq və əməkdaşlığı artırmağı ön plana çıxaracağam». BMT-nin «Mədəniyyətlər İttifaqı» layihəsinin İstanbulda keçirilən ikinci zirvə toplantısında çıxış edən Danimarkanın keçmiş Baş naziri, iki gün əvvəl NATO-nun Baş katibi seçilən Rasmussen belə deyib. Dini həssaslıqlara saygı duyduqlarına diqqəti cəlb edən Rasmussen sözlərinə belə davam edib:

«Mən insanları dini və etnik keçmişlərinə görə günahlandırmağa tərəfdar deyiləm. Mən dinlərə və dini simvollara hörmət edirəm. Nəticə etibarı ilə mən heç bir dini peyğəmbərin, Məhəmməd də daxil olmaqla, insanları rahatsızedici şəkildə əks etdirilməsinə tərəfdar deyiləm. Mən ifadə azadlığına inanıram, ancaq şəxsi dini duyğuları göstərmə azadlığına da inanıram».

2007-ci ilin əvvəlində Danimarkada çıxan bir jurnalda Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsi Türkiyədə də sərt reaksiya doğurmuşdu. Bunu və «terror təşkilatının təbliğatını aparan TV-yə yasaq qoymadığını» səbəb göstərən Türkiyə Rasmussenin NATO Baş katibliyinə namizədliyinə veto qoymuş, prezident Obamanın təminatından sonra bu veto qaldırılmış və Rasmussen NATO Baş katibi seçilmişdi.
XS
SM
MD
LG