Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38

Xaricə işləməyə gedən lənkəranlılar yerli əhali kimi qeydə alınacaq


Xarici ölkələrə işləməyə gedən Lənkəran sakinləri qayıdıb əhali kimi qeydə alınacaqlar. Rayonda əhalini siyahıya alan şəxslərə belə tapşırıq verilib.

Lənkəran Statistika İdarəsinin rəisi Vaqif Mustafayev belə bir qeydin təlimatda olduğunu deyir. Onun sözlərinə görə, xarici ölkələrə işləməyə gedən, evi ilə əlaqəsi olan Azərbaycan vətəndaşları qeydə alınacaqlar. Bu 6-7 ildən çox əlaqəsi olmayan şəxslərə aid edilmir.

Onun sözlərinə görə bir aya yaxındır ki, sayıcılarla təlim keçirilir.

Lənkəran rayonunda 13 siyahıya alınma məntəqəsi yaradılıb. Siyahıya alınmaya 576 nəfər cəlb olunub.

Son rəsmi məlumatlara görə, Lənkəran rayonunda 200 mindən çox əhali yaşayır. Bir çox qeyri hökumət təşkilatları xaricə işləməyə gedənlərin sayının 20 min nəfərdən çox olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG