Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:38

İyunun 9-da Azərbaycan-Litva biznes-forumu keçiriləcək


Litva Respublikasının prezidenti Valdas Adamkusun Bakıya səfəri çərçivəsində iyunun 9-da Azərbaycan-Litva biznes-forumu keçiriləcək. Forumun təşkilatçısı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).


Tədbirdə Azərbaycan və Litvanın biznes icmaları qida sənayesi, tikinti, kimya, poladtökmə və sair sənaye növləri ilə təmsil olunacaq. Azərbaycan tərəfdən İqtisadi İnkişaf naziri Heydər Babayevin, Litva İqtisadiyyat Nazirinin müavini və digər rəsmi şəxslərin çıxışları gözlənilir. Forum çərçivəsində Azərbaycan və Litvanın iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.





XS
SM
MD
LG