Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07

Obamanın Türkiyəyə səfəri başlayıb


Birləşmiş Ştatların prezidenti Barak Obama aprelin 5-i axşam Türkiyəyə gəlib

Birləşmiş Ştatların prezidenti Barak Obama aprelin 5-i axşam Türkiyəyə gəlib

Birləşmiş Ştatların prezidenti Barak Obama aprelin 5-i axşam Türkiyəyə gəlib.

Dövlət başçısı iki günlük səfəri çərçivəsində Cankaya köşkündə həmkarı Abdulla Güllə bir araya gələcək və Türkiyə parlamentində çıxış edəcək.

Aprelin 6-ı İstanbulda BMT-nın Qərb və İslam ölkələri arasında anlayışı aşılayan forumu açılacaq. BMT Vətəndaşlıq alyansının təşkil etdiyi iki günlük foruma min beş yüzdən çox iştirakçının qatılacağı gözlənilir.

Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obamanın da forumda olacağı deyilir. İranın keçmiş prezidenti Məhəmməd Hatəmi, İspaniyanın baş naziri Xose Luis Rodriqez Zapatero, BMT baş katibi Ban ki Mun, Əfqanıstan prezidenti Həmid Kərzayi və Danimarka baş naziri Anders Fog Rasmussen də tədbirdə iştirak edəcəklər.

BMT Sivilizasiyaların Alyansının ilk forumu keçən il Madriddə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG