Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:24

Həmməruzəçilər Azərbaycana gəlir


Aprelin 7-də AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqinin aparılması ilə bağlı Bakıya gəlirlər.

Səfər çərçivəsində onlar ölkə prezidenti, Milli Məclisin sədri, Xarici İşlər və Ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının nümayəndələri, jurnalistlər və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Avropa Şurasının Bakı ofisindən Azadlıq radiosuna verilən məlumata görə həmməruzəçilər Naxçıvan Muxtar Respublikasına da səfər edəcəklər.
Səfərin yekunu olaraq onlar Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin icrası ilə bağlı hesabat hazırlayacaqlar.

Səfər aprelin 11-dək davam edəcək.

XS
SM
MD
LG