Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:19

Obama və İranın keçmiş prezidenti İstanbulda foruma qatılacaqlar


Aprelin 6-ı İstanbulda BMT-nın Qərb və İslam ölkələri arasında anlayışı aşılayan forumu açılacaq. BMT Vətəndaşlıq alyansının təşkil etdiyi iki günlük foruma min beş yüzdən çox iştirakçının qatılacağı gözlənilir.

Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obamanın da forumda olacağı deyilir. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi, İspaniyanın baş naziri Xose Luis Rodriqez Zapatero, BMT baş katibi Ban ki Mun, Əfqanıstan prezidenti Həmid Kərzayi və Danimarka baş naziri Anders Fog Rasmussen də tədbirdə iştirak edəcəklər.

BMT Sivilizasiyaların Alyansının ilk forumu keçən il Madriddə keçirilib.
XS
SM
MD
LG