Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

“Şərq”: “Amerika ədaləti”


“Şərq” qəzetindəki “Ame­ri­ka əda­lə­ti” başlıqlı məqalədə müəllif Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ət­ra­fın­da ya­ran­mış si­tua­si­yanı şərh edib. Müəllifə görə, bey­nəl­xalq si­ya­si ira­də mər­kəz­lə­ri ha­zır­da iş­ğal­çıy­la və iş­ğa­la mə­ruz qa­la­raq əra­zi bü­töv­lü­yü po­zul­muş tə­rəf ara­sın­da bə­ra­bər­lik işa­rə­si qoy­ma­ğa üs­tün­lük ve­rir­lər. Hət­ta bə­zi hal­lar­da bey­nəl­xalq qu­rum­lar tə­rə­fin­dən iş­ğal­çı tə­rə­fin ma­raq­la­rı­nın da­ha cid­di şə­kil­də mü­da­fiə olun­du­ğu da diq­qət­dən ya­yın­mır. Bu isə, bey­nəl­xalq va­si­tə­çi­lə­rin əda­lət­li möv­qe tut­ma­sı­na cid­di şə­kil­də şüb­hə­lər oya­dır. Müəllifin fikrincə, be­lə əda­lət­siz ya­naş­ma tər­ziy­lə Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­la­na bi­lə­cə­yi­nə ümid bəs­lə­mək ta­ma­mi­lə yer­siz­dir. Ən azın­dan ona gö­rə ki, Er­mə­nis­ta­nın iş­ğal­çı­lıq si­ya­sə­ti nə­ti­cə­sin­də əra­zi bü­töv­lü­yü po­zul­muş Azər­bay­can tə­rə­fi­nin öz haq­lı möv­qe­yin­dən ge­ri çə­ki­lə­cə­yi qə­tiy­yən inan­dı­rı­cı gö­rün­mür.


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Avropa İttifaqı Rusiyanın qaz bazarında hökmranlığını zəiflətmək üçün regiondakı layihələrin xəritəsini nəzərdən keçirməyə başlayıb. Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişi bağlamağa hazırlaşan təşkilat bununla belə alternativ enerji marşrutlarının çəkilməsi istiqamətində beynəlxaq səyləri artırmaq üçün yeni planların detallarını işlədiyini gizlətmir. Dünən Bakıda öz işinə başlayan “Xəzər neft-qaz 2006” beynəlxalq sərgi-konfransda iştirak edən Böyük Britaniyanın Ticarət və Sənaye Departamentinin Beynəlxalq Enerji Təhlükəsizliyi İdarəsinin baş direktoru Coan Maknoton Xəzər regionunun Avropaya qaz nəqli üçün ən strateji məkan olduğunu bəyan edib.


“Üç nöqtə” qəzeti xəbər verir ki, gələn ildən Azərbaycanda dağ xizəkçilik turizminin inkişaf etdirilməsi qərara alınıb. Artıq Mədəniyyət və Turizm Nazirliyində layihə üzərində iş aparılır. Qusarda həyata keçiriləcək bu layihə Fransa mütəxəssisləri tərəfindən gerçəkləşəcək. Xizək stansiyasının tikintisi ilə başlanılacaq əsaslı işlər müxtəlif turizm xidmətlərini özündə birləşdirəcək.


XS
SM
MD
LG