Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:22

Moldovada parlament seçkilərində kommunistlər irəlidədirlər


Moldovada aprelin 5-i keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə hakimiyyətdə olan Kommunist partiyası parlamentdə əksəriyyət qazanmaq üçün lazım olan səsləri yığıb.

Parlament seçkisində 101 deputat mandatı uğrunda 12 partiya və 5 müstəqil namizəd mübarizə aparırdı.

Rəy sorğusunun nəticələri göstərib ki, 2001-ci ildən hakimiyyətdə olan kommunist partiyasının şansı daha çoxdur və 45 faiz səs yığıb.

Seçkiqabağı rəy sorğusuna görə Avropa yönlü üç partiya-,Bizim Moldova “ alyansı, liberal və Liberal-Demokrat partiyalar isə səslərin 37 faizini yığıb. İlkin rəsmi məlumatların aprelin 6-i axşam saatlarında açıqlanacağı gözlənilir.

Müxalifət kommunistləri administrativ vasitələrdən istifadədə günühlandırır.

Azadlıq Radiosunun müxbirinin məlumatına görə ictimai təşkilatların yaratdığı ,,Azad və Ədalətli Seçkilər Uğrunda Koalisiya “ monitorinq zamanı seçicilərin ələ alınmasıyla bağlı xeyli hallar aşkar edildiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG