Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

BMT Təhlükəsizlik Şurasının təcili iclasi qərarsız başa çatıb


BMT-nin təcili yığışan təhlükəsizlik şurası heç bir qərar qəbul edilmədən sona yetib.

Aprelin 5-i Birləşmiş Ştatlarla Yaponiya Şimali Koreyanın raket sınağı keçirməsini təcili BMT-nin təhlükəsizlik şurasına çıxarmağa çağırmışdılar. İclas təşkilatın Nyu-Yorkdakı baş qərərgahında keçirilib.

Raketin aprelin 5-i Bakı vaxtıyla təxminən 07:30 radələrində buraxıldığı deyilirdi. Yaponiya deyirdi ki, raket onun ərazisindən keçərək Sakit okeana düşüb. ABŞ prezidenti Barak Obama Şimali Koreyanın bu addımını fitnəkarlıq adlandırmışdı və bildirmişdi ki, Pxenyan təhlükəsizlik şurasının qətnaməsini pozaraq ,özünü BMT-dən təcrid edir.

Pxenyan bundan əvvəl raketin rabitə peykləri daşıdığını deyirdi. Birləşmiş Ştatlar,Yaponiya və Cənubi Koreya isə hesab edirlər ki, söhbət uzaq mənzilli balistik raketin sınağından gedir.

BMT-nin təcili yığışan təhlükəsizlik şurası heç bir qərar qəbul edilmədən sona yetsə də bu məsələ ilə bağlı məsləhətləşmələrin adavam edəcəyi məlumat verilir.
XS
SM
MD
LG