Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:51

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir


Aprelin 3-ü və 4-ü Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində NATO samiti keçirilib

Aprelin 3-ü və 4-ü Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində NATO samiti keçirilib

«Biz Cənubi Qafqaz və Moldovada uzun müddətli regional münaqişələrin hələ də davam etməsindən narahatıq. Bu münaqişələrdə bütün tərəflər onun sülh yolu ilə həll olunmasına konstruktiv yanaşmalıdırlar. Biz münaqişə tərəflərini regional təhlükəsizlik və sabitliyi pozan bütün addımlardan çəkinməyə çağırırıq».

NATO-nun aprelin 3-ü və 4-ü Strasburq və Kehl-də keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində belə deyilir.

Bəyanatda qeyd olunub ki, alyans Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edir və eyni zamanda regional münaqişələrin sülh yolu ilə həllini dəstəkləməkdə də davam edəcək.

«Eyni zamanda, ATƏT-in regiondakı fəaliyyəti və səyləri də bizi sevindirir. Bu da öz növbəsində Qafqazda sabitlik və əməkdaşlıq platforması ilə müvəffəqiyyətlə tamamlana bilər».

Aprelin 3-ü və 4-ü Reyn çayının əks sahillərində yerləşən Fransanın Strasburq, Almaniyanın isə Kehl şəhərlərində NATO samiti keçirilib.

NATO-nun 60 illiyi çərçivəsində təşkil olunan bu sammitdə quruma üzv ölkələrin hökumət və dövlət başçıları əsasən təşkilatın üzləşdiyi ümumi və strateji məsələləri, NATO-nun Əfqanıstan strategiyasında irəliləyişləri müzakirə edilib.

Fransa rəsmi olaraq quruma tamhüquqlu üzv kimi qəbul olunub, Xorvatiya və Albaniya isə 27-ci və 28-ci ölkələr kimi quruma daxil ediliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG