Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:40

Rumıniyanın XİN başçısı Azərbaycana rəsmi səfər edəcək


Aprelin 8-9-da Rumıniyanın xarici işlər naziri Kristian Dyakonesku Azərbaycanda rəsmi səfər edəcəyi gözlənilir. Məlumatı «Turan»a Rumıniyanın Bakıdakı səfirliyindən veriblər.

Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında bir sıra sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri, «Şərq tərəfdaşlığı» təşəbbüsü, habelə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bununla belə Rumıniyanın xaric işlər naziri NATO-nun 60 illiyi münasibəti ilə Bakıda keçiriləcək beynəlxalq konfransın işində iştirak edəcək.
XS
SM
MD
LG