Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:00

Barak Obama Praqada nüvə tərk-silahından danışacaq


ABŞ prezidenti Barak Obamanın bu gün Çexiyanın paytaxtı Praqada nüvə tərk-silahından danışacağı gözlənilir.

Obama nüvə materiallarına qlobal nəzarətin gücləndirilməsilə bağlı plan təqdim edəcək, kütləvi qırğın silahlarının yayılmaması, bu sahədə mübarizənin vacibliyindən danışacaq.

Barak Obama Praqaya ABŞ-Avropa Birliyi sammmitində iştirak etmək üçün gəlib.

Sammitdən qabaq o ölkə rəhbərliyilə görüşəcək.

Çexiyanın baş naziri Mirek Topolanek deyib ki, o ABŞ liderini Vaşinqtonun Avropada hava hücumlarından müdafiə sistemləri qurmaq planını davam etdirməyə çağıracaq.

Planın əlehdarları bu gün Praqada etiraz aksiyasına çıxmağı planlaşdırır.

Çexiya polisi şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib, şəhər üzərində hava məkanı bağlanıb.
XS
SM
MD
LG