Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47

BMT-nin Təhlükəsizlik Şurası təcili yığışır


Birləşmiş Ştatlarla Yaponiya Şimali Koreyanın raket sınağı keçirməsini təcili BMT-nin təhlükəsizlik şurasına çıxarmağa çağırıblar.

İclasın günün sonunda təşkilatın Nyu-Yorkdakı baş qərərgahında keçiriləcəyi gözlənilir.

Raket təxminən Bakı vaxtıyla 07:30 dəqiqədə buraxılıb.

Yaponiya deyir ki,raket onun ərazisindən keçərək Sakit okeana düşüb.

ABŞ prezidenti Barak Obama Şimali Koreyanın bu addımını fitnəkarlıq adlandırıb.

Obama deyib ki, Pxenyan təhlükəsizlik şurasının qətnaməsini pozaraq ,özünü BMT-dən təcrid edir.

Pxenyan bundan əvvəl raketin rabitə peykləri daşıdığını deyirdi.

Birləşmiş Ştatlar,Yaponiya və Cənubi Koreya isə hesab edirlər ki, söhbət uzaq mənzilli balistik raketin sınağından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG